Anri millidən ayrıldı

21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Tyerri Anri vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə işini tərk edib.

Anri daha əvvəl Liqa 1 təmsilçisi “Monako” və ABŞ-ninn “Monreal” klubunda işləyib.