“Ümraniyespor” klubunda icraçı direktor Nikolas Anelka vəzifəsindən ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə funksioner sosial şəbəkə hesabında paylaşım edib:
“Klubun pis idarəçiliyi, ünsiyyət problemi, ödənməyən maaşlar, FIFA təzyiqi, futbola fərqli baxışa və əsas da vədlərə hörmətsizlik! Böyük adamlarla digərləri arasındakı fərq budur. Öz səviyyənizdə işləməyinizə icazə verirəm. Ən xoş arzularla…”
Anelka bu ilin yanvarından I Liqa klubunda işləyirdi. Azərbaycan yığmasının üzvü Coşqun Diniyev ötən mövsümü məhz “Ümraniyespor”da keçirib və ötən ay klubu tərk edib.