“Qarabağ”dan ayrılan qapıçı Andrey Lunyov Rusiyanın “Dinamo” klubuna keçib.
Futbolpress.az xəbər verir ki, qolkiper yerli mətbuata müsahibəsində Moskva təmsilçisinə keçidini şərh edib:
“Rusiya üçün darıxmışdım. Transferimdə bunun da rolu oldu. Ailəm və mən qərara gəldik ki, qayıtmaq vaxtıdır”.
Lunyov ötən mövsüm “Qarabağ”la 34 oyunda 43 qol buraxıb. Qolkiper 10 matçda isə qapısını toxunulmaz saxlayıb. “Qarabağ” rus qapıçının müddəti bitən müqaviləsini uzatmayıb.