Andrade oynadı, komandası qələbə qazandı

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Liviya ilə qarşılaşıb. Matç Andradenin komandasının qələbəsiylə başa çatıb – 1:0.

Patrik bu görüşdə start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Kabo-Verde D qrupunda Kamerun, Liviya, Anqola, Mavritanya və Esvatini ilə mübarizə aparır. Komanda 4 turdan sonra 7 xalla ikinci sıradadır.