Andrade məğlubiyyətin iştirakçısı oldu

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələdə növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Kamerunla üz-üzə gəlib. Matç Kabo-Verdenin məğlubiyyəti ilə başa çatıb – 1:4.

Andrade bu görüşdə ikinci hissənin əvvəlind – 46-cı dəqiqədə meydana daxil olub.

Kabo-Verde millisi 3 turdan sonra 4 xalla 4-cü sıradadır.