Andrade: “Biz döyüşdən çəkinmirik”

“Qarabağ”ın futbolçusu Leandro Andrade Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi instaqram hesabında bunu yazıb:

“Biz döyüşdən çəkinmirik”.

“Qarabağ” ilk oyunda “Ludoqorets”ə Bakıda 1:2 hesabıyla məğlub olub. Cavab görüşündə rəqibini 7:2 hesabıyla məğlub edən “atlılar” pley-off mərhələsinə yüksəlib.