Andrade “Beşiktaş”a keçməyə yaxındır

“Beşiktaş” “Qarabağ”ın futbolçusu Leandro Andradeni transfer etməkdə israrlıdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Akşam” nəşri məlumat yayıb. Xəbərdə İstanbul klubunun futbolçunun meneceri ilə danışıqlarda irəlilədiyi bildirilib. “Beşiktaş” nümayəndələri “Qarabağ”la da danışıqlar aparır. Futbolçunun Türkiyə klubuna keçməyə yaxın olduğu qeyd edilib.

Andrade ötən mövsüm 58 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə edib.