Ançelottinin oğlu qərarını verdi

“Real”ın baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti daha bir il klubda qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. Davide 2025-ci ilin yayına kimi atasının köməkçisi olaraq klubda işinə davam edəcək.

Davide Ançelottinin adı “Reyms” və “Lester”lə hallanırdı.