“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis klubdakı gələcəyindən danışıb:
“Heç vaxt klubdan ayrılacağım tarixlə bağlı nəsə deməmişəm. Bir gün bu da olacaq, amma nə vaxt, bilmirəm. Qərar vermək mənə aid deyil. Bu, sabah da, bir neçə oyundan da, bir ildən sonra da ola bilər. Hər şey mümkündür.
Klub prezidenti Florentino Perez daha 4 il burda olacaq və mənim də məqsədim onunla qalmaqdır. Sonda birlikdə vidalaşa bilərik”.