“Xetafe”nin baş məşqçisi Pepe Bordalas La Liqada yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Futbolpress.az xəbər verir ki, “Xetafe” bu ay İspaniyanın yüksək liqasında üç oyun keçirərək iki qələbə (“Las Palmas” ilə 2-1 və “Real Sosyedad”la 3-0) və bir heç-heçəyə (“Barselona” ilə 1-1) nail olub.
Səsvermədə 60 yaşlı mütəxəssis bu mübarizədə “Real”ın baş məşqçisi Karlo Ançelotti və “Leqanes”in çalışdırıcısı Borxa Ximenesi qabaqlayıb.
Hazırda “Xetafe” La Liqada 21 matçdan sonra 23 xalla 14-cü yerdədir.