“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunda “Barselona”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, “Marca”ya danışan mütəxəssis 2:5 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Pis gecə idi, məyus olduq. Bütün fanatlarımız kimi biz də pisik. Futbolda belə nəticələr olur. Bəzən qalib gəlirsən, bəzən də məğlubiyyətlərdən dərs almalısan. Müdafiədə pis oynadıq. “Barselona” asanlıqla qollar vurdu.
Mbappe? O, “Real”ın ən yaxşısı idi”.