“Real” İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün “Real Sosyedad”la qarşılaşacaq.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti matçdan gözləntilərini bölüşüb:
“Real Sosyedad”a qarşı oyunlar həmişə çətin olub. Hər iki komanda üçün vacib görüşdür. Maraqlı və gərgin oyun olacaq. “Real Sosyedad” yaxşı futbol oynayan komandadır.”
Matça saat 00:30-da start veriləcək.