Ançelotti Vinisiusun cəzalandırılmasından narazıdır

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti hücumçusu Vinisius Juniorun 2 oyunluq diskvalifikasiya edilməsinə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçusunun cəzalanmasının səhv olduğunu deyib:

“Mən də onun kimi təhqirləri eşidirəm. Vinisius olmaq çətindir və mən hələ də iki oyunluq cəzanın səhv olduğunu düşünürəm. Biz bundan hər cəhətdən razıyıq. Hər kəs istədiyini deyə bilər. Mən yorulmuşam, çünki Vinisius tərəfindən təxribatlar haqqında danışılanda, diqqət, təhqirdən və onun başına gələn hər şeydən kənara çıxır”.

Xatırladaq ki, Vinisius La Liqanın XII turundan təxirə salınmış “Valensiya”ya 2:1 hesabla qalib gəldikləri matçda aqressiv hərəkətlərinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılmışdı.