Ançelotti: “Şanslar bərabərdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Bərabərlik pis nəticə olmadı. Şanslar bərabərdir. 90 dəqiqə əziyyət çəkdik. Burada oynamağın nə qədər çətin olduğunu hamı bilir. Münhendə qol vurmaq da çətindir.

La Liqada və Çempionlar Liqasında yaxşı irəliləyirik. Məqsədimiz Londonda final oynamaqdır. Bunun üçün imkanlarımız var”.

“Real” ilə “Bavariya” arasındakı cavab oyunu mayın 8-də keçiriləcək.