Ançelotti: “Rodriyə qarşı heç bir qərəzim yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun “Qızıl top” mərasiminə qatılmamaq qərarına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, ötən “Qızıl top” mükafatı mərasimi zamanı La Liqa nəhənginin nümayəndələri mükafatı Vinisius Juniorun deyil, Rodrinin qazanacağını biləndə tədbirə qatılmaqdan imtina etmişdi. Braziliyalı futbolçu səsvermədə “Mançester Siti”nin yarımmüdafiəçisindən sonra ikinci olmuşdu.

Çempionlar Liqasının “Mançester Siti” – “Real” matçı öncəsi jurnalistlər Ançelottidən oktyabrda keçirilən “Qızıl top” mərasimi ilə bağlı vəziyyəti soruşublar. İtaliyalı mütəxəssisin cavabı belə olub:

“Orada olmamaq qərarının səhv olduğunu düşünmürəm. Vinisiusun qalib gəlməsini düşündüyümüz üçün getmədik. Rodriyə qarşı heç bir qərəzim yoxdur – məncə, o, mükafatı bir il əvvəl qazanmalı idi”.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu fevralın 12-si Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.