“Real” Çempionlar Liqasında yarımfinal mərhələsində “Bavariya”nı mübarizədən kənarlaşdırıb.
Futbolpress.az xəbər verir ki, bu görüş “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin turnirdəki 203-cü oyunu olub.
O, oyun sayında “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusonu (202 oyun) ötüb və rekordçu olub.
“Real” finalda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.