Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti İspaniya nəhənginin tarixində ən çox mükafat alan məşqçi olub.
Futbolpress.az xəbər verir ki, italiyalı çalışdırıcı bu nailiyyətə “Real”ın “Paçuka”ya qalib gələrək (3:0) Qitələrarası Kubokun qalibi olmasıyla imza atıb. Beləliklə, Ançelotti “kral klubu”nda 15-ci kubokunu qazanaraq Madrid təmsilçisinin tarixi ərzində ən titullu məşqçisi oldu.
Bu göstəricidə 2-ci yeri 14 kubokla Migel Munyoz və 3-cü yeri 11 kubokla Zinəddin Zidan tutur.