Ançelotti “Real”dan gedəcək?

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcəyi haqda açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis komandada qalacağını deyib:

“Müqaviləm bitməyib. Daha bir ilim var və klub hər zaman məni dəstəkləyir”.

Ançelotti 2021-ci ilin yayından “Real”a rəhbərlik edir. Madrid təmsilçisi bu mövsüm 63 xalla çempionatda 2-ci sıradadır.