Ançelotti: “Real”dan başqa komandada işləməyəcəyəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məşqçilik karyerasını Madrid klubunda sonlandıracağını açıqlayıb:

“Real”dan başqa komandada işləməyəcəyəm. Burada karyeramı bitirəcəm və əvvəlcə Çempionlar Liqasını qazanmaq istəyirəm”.

Ançelottinin “Real”la müqaviləsi 2026-cı ilin yayına kimidir. “Kral klubu”nun onun rəhbərliyi altında 2023/24 mövsümündə La Liqanın qalibi olub. Madridlilər həm də Çempionlar Liqasının finalındadır.

“Real” həlledici oyunda iyunun 2-də “Borussiya” (Dortmund, Almaniya) ilə qarşılaşacaq.