Ançelotti: “Real” məndən sıxılsa…”

“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis məşqçilik karyerası ilə bağlı fikirlərini bölüşüb:

“Real” məndən sıxılsa, nə edəcəyimə qərar verəcəm. Daha əvvəl bir neçə klubda da işləmişəm. “Yuventus”, “Napoli”, “Everton”da uğurlu olmadığımı deyirlər, ancaq mən belə düşünmürəm. Bunlar hər biri mənimçün böyük təcrübə oldu”.

Mütəxəssis yeni transfer Kilian Mbappe haqda da danışıb:

“Real”da bir ailə formalaşıb. Mbappeyə də yer tapacağıq və onu uyğun bir mövqeyə yerləşdirəcəyik”.