“Real”ın baş məşqçisi Karlo Ançelotti “Qızıl top” üçün iki əsas namizədin adını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin düşüncəsinə görə sözügedən mükafatı ya Bellingem qazanacaq, ya da Vinisius:
“Qızıl top”u iki şəxs qazana bilər: Bellingem və ya Vinisius. Lakin hər şey Avropa çempionatı və Amerika Kubokundan sonra daha dəqiq bilinə bilər. Bundan əlavə futbolçuların Çempionlar Liqasında göstərdiyi performans da önəmlidir”.
Bellingem bu mövsüm 41 matçda 23 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Vinisius isə 28 matçda 23 qol vurub və 11 məhsuldar ötürmə verib.