Ançelotti: “Nəticədən razı deyiləm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın I turunda “Malyorka”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Nəticədən razı deyiləm, daha yaxşısını edə bilərdik. Rəqibin qolundan sonra reaksiyalarımız gecikdi. Bəhanə gətirmək istəmirəm. Balansı yarada bilmədik və xal itirdik”.