Bu gün UEFA Çempionlar Liqasında final matçı keçiriləcək. Həlledici qarşılaşmada “Real” və “Borussiya” qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, matçdan öncə “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
“Biz bütün diqqətimizi final matçına cəmləmişik. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. Rəqibə hörmət edirik. Onlar burada olmağa layiqdirlər. Finalda olmaqdan çox şadam, İlk dəfə deyil və ümid edirəm sonuncu olmayacaq. Oyunçularıma güvənirəm və bilirəm ki, sabah əllərindən gələn hər şeyi edəcəklər. Özümə əminəm komandama güvənirəm. Bu mövsüm keyfiyyətimizi və birliyimizi göstərdik. Çempionlar Liqasını qazanmaq çox vacibdir, lakin artıq bizim üçün mövsümün uğurlu olduğunu deyə bilərik. Məğlub olmaq qorxusu var. Bu son dərəcədə normaldır. Burada olmaqdan çox xoşbəxtik”.
Final görüşü İngiltərədə “Uemlbi” stadionunda baş tutacaq və 23:00-da start götürəcək.