Ançelotti mövsüm sonunda klubdan ayrılacağının fərqindədir

“Real”ın baş məşqçisi Karlo Ançelotti son bir neçə ayda klubda gördüyü işlərdən xəbərdardır.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez de Mont məlumat yayıb. Onun sözlərinə görə, Ançelotti Xabi Alonsonun “Liverpul”un təklifini rədd etdiyini və “Real”a keçidi ilə əlaqədar “Bayer”lə müqaviləsini yeniləməyəcəyini bilir.

Xatırladaq ki, Ançelotti 2021-ci ildən “Los Blankos”un baş məşqçisidir. İspaniya çempionatında 23 tur sonra “Real” 50 xalla liderdir. Onunla ən yaxın rəqibi arasında xal fərqi cəmi 1-dir.

“Kral klubu” fevralın 12-də səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun Bakı vaxtı ilə saat 00:00-da başlaması planlaşdırılır.