Ançelotti: “Kroosu yenidən heyətimizdə görməkdən şad olarıq”

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını başa vurdu.

Futbolpress.az xəbər verir ki. “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti alman oyunçunun karyerasını dəyərləndirib:

“Kroos karyerasını ən yüksək səviyyədə keçirdi. Bütün azarkeşlər ona minnətdardır. Kroos “Real” əfsanəsidir. O, peşəkarlığı ilə bütün azarkeşlərin sevgisini qazandı. Əgər fikrini dəyişərsə, yenidən onu heyətimizdə görməyə şad olarıq”.

Mayın 24-də almaniyalı futbolçu “Real”la müqaviləni yeniləməyəcəyini açıqlamış və karyerasını bitirəcəyini bildirmişdi.

Yarımmüdafiəçi “Real”la 5 dəfə Çempionlar Liqasını, 4 dəfə La Liqanı, İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb.