Ançelotti Kroos və Modriçin gələcəyindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçiləri Toni Kroos və Luka Modriçin gələcəyi ilə bağlı danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis hər iki oyunçu ilə Çempionlar Liqasının finalından sonra danışacaqlarını qeyd edib:

“Hər iki futbolçunun mövsümün sonuna qədər bizimlə müqaviləsi var. Lakin biz onlarla iyunun 1-dən sonra danışacağıq. Bu məsələ hazırda bizim üçün ikinci dərəcəlidir”.

“Real” həlledici matçda “Borussiya” ilə qarşılaşacaq.