“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Toni Kroosun 2024-cü ildə “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis alman futbolçunun şanslarını yüksək qiymətləndirib:
“Kroos “Qızıl top”u qazana bilər. Onun şansları yüksəkdir. O, bizimlə liqa çempionu oldu. Həmçinin Avropa çempionatı və Çempionlar Liqasını qazana bilər. Toni qalib gəlmək üçün sona qədər mübarizə aparmalıdır”.
Almaniyalı futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.