Ançelotti: “İlk oyunda “Bavariya” bizdən üstün idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bavariya”ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bildirib:

Futbolpress.az xəbər verir ki, mütəxəssis filana vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini qeyd edib:

“Hər iki komanda oxşar çıxış edir. İlk oyunda “Bavariya” bizdən üstün idi. Sabah əlimizdən gələni etməliyik. Final oynamaq şansımız var. Oyunun çətin keçəcəyini bilirik. Lakin futbolçular olduqca istəklidir”.

Komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2.