Ançelotti: “Hamımız əla formadayıq”

“Real” UEFA Superkubokunda bu gün “Atalanta” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Madrid komandasının baş məşqçisi Karlo Ançelotti UEFA-nın saytına açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

“Düzdür, oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Amma hamımız əla formadayıq, Kilian Mbappe də. Hamı oynamağa hazırdır. Sağlam və xoşbəxt komandayıq. Qarşıdan gələn mövsümə titulla başlamaq çox vacibdir”.

Polşanın paytaxtı Varşavada keçiriləcək görüşə saat 23:00-da start veriləcək.