“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Futbolpress.az xəbər verir ki, şəxsi həyatından danışıb:
“Rəqs etməyi, kitab oxumağı, ailəm və dostlarımla vaxt keçirməyi xoşlayıram. Oxumaq üçün doğru anı seçmək vacibdir. Bundan əlavə, həyatımda bir dəfə siqar çəkmişəm, o da futbolçularla avtobusda. Heç vaxt bundan istifadə etmirəm, amma indi bütün evimiz siqarlarla doludur. Hamısı hədiyyədir. Saqqızı da hər zaman çeynəmirəm, ancaq oyunlarda”.