Ançelotti ÇL oyunundan sonra Pereslə görüşüb

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında finala yüksəldikdən sonra klubun prezidenti Florentino Pereslə görüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə AS nəşrinə açıqlamasında deyib:

“Bir kapitanımız var – Florentino Peres. Qalan hamı dənizçidir. O, gözəl nəslin yetişməsinə kömək etdi. Ümid edirəm ki, yenidən Çempionlar Liqasını qazanacağıq”.

“Real” ÇL-in finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.