“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Milan”a uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Komandam yaxşı oynamır. Fərdi problemimiz yoxdur, kollektiv çatışmazlıqlarımız var. Müdafiədə yaxşı oynamırıq, hücuma çıxmaqda problem yaşayırıq. Bunlardan narahat olmalıyıq. Son 3 oyunda 9 qol buraxmışıq və bu, çoxdur”.