“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Milan”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar nəticəsində çox sayda insanın ölməsinə toxunub:
“Belə anlarda futbol dayanmalıdır. Futbol əyləncədir və insanlar ölərkən siz sevinməməlisiniz. Düşüncələrim və bütün dualarım bu tragediyadan təsirlənən insanlarladır. 2024-cü ildə belə hadisə olduğuna inana bilmirəm”.
Ötən həftə Valensiyada baş verən daşqınlar nəticəsində 200-dən çox insan vəfat edib.
“Real” bu gün Madriddə “Milan”la üz-üzə gələcək. Görüşə saat 00:00-da start veriləcək.