Ançelotti “Arsenal”la cavab oyunu barədə danışdı

Madrid “Real”ı Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk matçda “Arsenal”a 0:3 hesabla uduzub.

Futbolpress.az xəbər verir ki, Karlo Ançelotti cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssisdən geridönüş etmək üçün erkən qol vurmağın uğurun açarı olub-olmadığı soruşulub:

“Düşünmürəm ki, bizə sadəcə erkən qola ehtiyac var. Təbii ki, oyun üçün erkən qol vacibdir. Amma ən vacibi oyuna yaxşı nəzarət etmək və ilk andan əlinizdən gələni etməyə çalışmaqdır. Oyuna yaxşı nəzarət edəndə istənilən vaxt qol vura bilərsiniz”.

Cavab oyunu aprelin 16-sı, saat 23:00-da baş tutacaq.