Ruben Amorim “Mançester Yunayted”ə keçdikdən sonra iki ay ərzində heç bir irəliləyiş əldə edə bilməyib.
Futbolpress.az xəbər verir ki, komandanın Premyer Liqa cədvəlində cəmi 15-ci yerdə olması rəqiblərindən başqa heç kimə sərf etmir. Mətbuatda “qırmızı şeytanlar” rəhbərliyinin komandada sükanı dəyişməyi düşündüyü haqda xəbərlər yayılıb.
“The Sun”un verdiyi məlumata görə, Amorimin bu yay qovulması “Mançester Yunayted”ə 12 milyon funt-sterlinqə (təxminən 15 milyon avro) başa gələcək.
Amorimin gedişinin “Mançester Yunayted” rəhbərliyinin xərcləri azaltma siyasətinə uyğun olması çətin görünür.