Amorim vaxt istəyir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqada “Vulverhempton”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən görüşdən sonra bunları deyib:

“Vaxta ehtiyacımız var. Çətin dönəmlərin olacağını demişdim. Yolumuza davam etməliyik, indi həyatda qalmağımız vacibdir. Yolumuzun uzun olduğunu bilirdik. Hər məşqi, oyunu inkişafımız üçün istifadə etməliyik”.

“Mançester Yunayted” Premyer Liqada 22 xalla 14-cü sıradadır.