Amorim türkün transferini istədi

“Mançester Yunayted” “Yuventus”un futbolçusu Kenan Yıldız ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorim rəhbərlikdən türkiyəli yarımmüdafiəçinin transferini istəyib.

Kenan “Yuventus”da özünü xoşbəxt hiss edir və klubdan ayrılmaq niyyətində deyil.

Türkiyəli oyunçu bu mövsüm 19 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.