Portuqaliyalı mütəxəssis Ruben Amorim “Sportinq”i son oyun oyuna çıxarıb.
Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi səfərdə “Braqa” ilə qarşılaşıb. Matç “Sportinq”in qələbəsiylə başa çatıb – 4:2.
Bu, Amorimin Portuqaliya klubundakı sonuncu oyunu olub. Mütəxəssisi bundan sonra “Mançester Yunayted”ə rəhbərlik edəcək.
Ruben “Sportinq”lə ötən mövsüm Portuqaliya çempionu olub. Komanda indi isə çempionatda 33 xalla liderdir.