Amorim “Qalatasaray”ın futbolçusuna “göz dikdi”

“Qalatasaray”ın futbolçusu Yunus Akgün karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” türkiyəli cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimin Yunusun transferində maraqlı olduğu qeyd edilib.

Yunus bu mövsüm 15 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.