Portuqaliyalı mütəxəssis Ruben Amorim adının “Mançester Yunayted”lə hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, “Sportinq”in baş məşqçisi kimi ölkə kubokunda “Nasional”la son oyuna (3:1) çıxan mütəxəssis bunları deyib:
“Vida oyunudur, amma hələ hər şey dəqiqləşməyib. Düşünürəm ki, hər şey çox səs-küy yaradacaq. Böyük bir şeylərin olmasını istəmirəm. “Mançester Yunayted” mənimlə maraqlanır, ancaq seçimi özüm edəcəm. Hər şey dəqiqləşənə kimi danışmayacağıq”.