“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın XVI turunda “Mançester Siti”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Hesabda geri düşsək də, oyundan qopmadıq. “Arsenal”la oyunu xatırlayırsınızsa, orda da birinci hissədə yaxşı oynamışdıq, amma sanki inamsızlıq var idi. Bu gün isə hər şey fərqli oldu. İnanırdıq və bacardıq. Azarkeşlərimizin bu qələbəyə ehtiyacı var idi. Eyni ruhda davam etməliyik. Belə oyunlarda qələbələr mütləqdir”.
“Mançester Yunayted” Premyer Liqada 22 xalla 13-cü sıradadır.