“Mançester Yunayted” müdafiəçisi Harri Maquayr ilə müqavilənin bir illik uzadılması variantını (2026-cı ilin iyununa qədər) həyata keçirəcək.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim bu mövzuda çıxış edib:
“Müqaviləni uzatmaq variantından istifadə edirik, Harriyə həqiqətən ehtiyacımız var. Biz onun lider olacağına inanırıq, bu da meydanda çatışmır. Lakin o, liderlik bacarıqlarını təkmilləşdirməlidir.
Xatırladaq ki, Maquayr 2019-cu ilin avqustunda “Lester”dən “Mançester Yunayted”ə keçmişdi. O, mançesterlilərin heyətində 222 oyun keçirib. Bu mövsüm 31 yaşlı mərkəz müdafiəçisi bütün yarışlarda 16 oyun keçirib, bir qol vurub və 4 sarı vərəqə alıb. “Transfermarkt” portalı ingilis futbolçunu 15 milyon avro dəyərində qiymətləndirir.