Amorim gəldi, Nistelroy istefaya göndərildi

“Mançester Yunayted” Rud van Nistelroyun və  əsas komandanın məşqçilər korpusunun digər üç üzvü ilə birlikdə klubu tərk etdiyini açıqladı.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruben Amorimin gəlişiylə nəinki keçmiş forvard müvəqqəti məşqçilik fəaliyyətini dayandırdı, həm də rəhbərlik bu bazar ertəsi onun klubu tərk etdiyini bildirdi. Beləliklə, hollandiyalı sabiq futbolçu gözlənildiyi kimi Amorimin köməkçi məşqçilər korpusunda yer almadı.

Qeyd edək ki, Erik ten Haqın gedişindən sonra “qırmızı şeytanlar”, Nistelroyun rəhbərliyi altında çıxdığı 4 matçda 3 qələbə qazanıb və 1 heç-heçəyə razı olub.