Amorim Fernandeşdən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Brunu Fernandeşin komandadakı rolundan danışıb.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis portuqaliyalı oyunçu haqda bunları deyib:

“Brunu bizim üçün çox dəyərlidir. Salah “Liverpul” üçün nədirsə, Fernandeş də bizimçün elədir. O, çox yaxşı işləyir. Yenə də təkmilləşməlidir. Yeni mövsümdə daha bir addım irəli getməlidir. Onun komandadakı rolu böyükdür”.

Fernandeş bu mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.