“Mançester Yunayted” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Manchester Evening News” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim qapıçı mövqeyində rəqabətin artmasını və yeni qolkiperin transferini istəyir.
Komandada hazırda əsas qapıçı Andre Onanadır. İkinci qolkiper Altay Bayındırın performansı məşqçilər korpusuna qane etmir.
“Mançester Yunayted”in qolkiper axtarışlarını Belçika çempionatında apardığı bildirilib.