“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqada “Brayton”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Premyer Liqada 10 oyunda 2 qələbə qazanmışıq. Bunu bilirəm. Situasiya çox pisdir və başa düşürəm. Çətin dönəmdir və bunu keçməliyik. Klub tarixinin bəlkə də, ən pis komandasıyıq. Vəziyyəti qəbul etməli və dəyişməliyik”.
“Mançester Yunayted” turnir cədvəlində 26 xalla 13-cü sıradadır.