Amin üçün 22 milyon avro

“Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Renn”dən Amin Giurini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Marsel” 24 yaşlı hücumçu üçün bonuslarla birlikdə 22 milyon avro ödəyəcək.

Amin bu mövsüm 20 oyunda 3 qol vurub.