Amerika Kubokunda 3-cü yerin sahibi bilindi

Amerika Kubokunda 3-cü yerin sahibi məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş Kanada və Uruqvay milliləri arasında baş tutub. Əsas vaxtı bərabərliklə başa çatan görüşün qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə uğurlu olan Uruqvay 3-cü yeri tutub.

Final bu gün Argentina ilə Kolumbiya arasında olacaq. Görüşə 05:00-da start veriləcək.

Amerika Kuboku

3-cü yer uğrunda oyun

Kanada – Uruqvay 2:2 (penaltilər 3:4)

Qollar: İ.Kone, 22, .Devid, 80 – R.Bentankur, 8, L.Suares, 90+2