Amad müqaviləsini yenilədi

“Mançester Yunayted” futbolçusu Amad Diallo ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı vingerin “qırmızı şeytanlar”la yeni sözləşməsi 2030-cu ilin yayına kimidir.

Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm İngiltərə klubunda ümumilikdə 28 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.