Alveş təzminat tələb edir

Braziliya millisinin sabiq futbolçusu Dani Alveş həbsdə keçirdiyi günlərə görə 20 milyon avro təzminat ala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Alveş 2023-cü ilin fevralında cinsi zorakılıqda ittiham edildiyi üçün həbs edilib.O, 405 gün həbsxanada qaldıqdan sonra 1 milyon avro qarşılığında şərti azadlığa buraxılıb. Bir neçə gün əvvəl İsöaniya məhkəməsi oyunçuya bəraət verib.

Alveş son olaraq çıxış etdiyi “Pumas” klubundan (Meksika) isə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün 2 milyon avro təzminat tələb edir.